Məşhur futbolçu türkiyəli aparıcının əhvalını korladı - FOTOLAR

20:00 14 Yanvar 2015

Türkiyəli aparıcı Burcu Əsmərsoy “Barselona”nın ulduzu Neymarla çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşıb. 

"International Royal Cup”ın təşkilatçılığı üçün İstanbula gedən futbolçu qardaş ölkənin tanınmış aparıcısının diqqət mərkəzində olub. Neymarla şəkil çəkdirdikdən sonra onun “Ulus 29”da təşkil edilən partiyə qatılacağını öyrənən Burcu seksual bir libasla məkana yollanıb. 

Lakin o, ani bir qərarla İspaniyaya qayıdan Neymarı məclisdə tapa bilməyib və əhvalı korlanıb. Gecədən şəklini paylaşan aparıcı “11 nömrəli bazar ertəsi sindromu” sözlərini yazıb.


Digər xəbərlər

Xəbər xətti