ŞOK İDDİA - “Qızıl top” Ronaldoda qaldı

20:03 12 Yanvar 2015

Portuqaliyalı Kriştiano Ronaldo ardıcıl 2-ci, karyerasında isə 3-cü dəfə "qızıl top"a sahib olub.

 

Bu barədə Rusiya KİV-inə FİFA-dakı mənbədən məlumat sızıb. Səsvermənin nəticələrinə görə, Ronaldo 37,66 faiz səs toplayıb. Messi - 15,76, Noyer - 15,72 faiz səs qazanıb. Səsvermədə yığma komandaların 181 məşqçisi, 182 kapitanı, həmçinin 181 KİV nümayəndəsi iştirak edib.

 

Rəsmi məlumat bu gecə Sürixdə keçiriləcək mərasimdə elan olunacaq.

 

Ötən ilin yekunlarına görə "qızıl top" Kriştiano Ronaldoya təqdim olunmuşdu. Buna qədər mükafatı dörd dəfə ardıcıl Messi almışdı. (publika)


Digər xəbərlər

Xəbər xətti