"Xəzər-Lənkəran"da ŞOK İTKİLƏR

13:12 10 Yanvar 2015

"Xəzər Lənkəran" iki itki ilə üzləşib. Fanat.az хəbər verir ki, qapıçı Orхan Sadıqlı və müdafiəçi Rasim Ramaldanov zədələnib.

 

Hər iki futbolçu məşqlərdən kənarda qalıb. Klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu açıqlamasında bildirib ki, Orхan əməliyyat olunacaq: "Orхan Sadıqlı əməliyyat olunmalıdı. O, bir müddət meydandan kənarda qalacaq. Rasim Ramaldanov isə müayinə olunmaq üçün İstanbula gedəcək. Onun durumuna bundan sonra aydınlıq gələcək". (fanat.az)


Digər xəbərlər

Xəbər xətti