UEFA geridə qalan 2014-cü ilin ən yaxşı “11-liy”ini açıqlayıb. Rəmzi komandada ən çox “Bavariya” klubunun futbolçuları yer alıb.
Münhen təmsilçisinin 4 futbolçusu ilin ən yaxşıları sırasına düşməyi bacarıb. Çempionlar Liqasının son qalibi “Real” 3, “Barselona”, “Atletiko”, “Mançester Yunayted” və PSJ hərəyə 1 oyunçu ilə təmsil olunub.
Qeyd edək ki, namizədlər sırasında Türkiyə millisinin və “Atletiko”nun yarımmüdafiəçisi Arda Turan olsa da, təcrübəli futbolçu lazımi səs faizini toplaya bilməyib.
Qapıçı: Manuel Neuer (Almaniya, “Bavariya”);
Müdafiəçilər: Serxio Ramos (İspaniya, “Real”), Filip Lam (Almaniya, “Bavariya”), David Alaba (Avstriya, “Bavariya”), Dieqo Qodin (Uruqvay, “Atletiko”);
Yarımmüdafiəçilər: Aryen Robben (Hollandiya, “Bavariya”), Anhel Di Maria (Argentina, “Mançester Y”), Toni Kroos (Almaniya, “Real”);
Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya, “Real”), Lionel Messi (Argentina, “Barselona”), Zlatan İbrahimoviç (İsveç, PSJ).