“Limuland” Uşaq Əyləncə Mərkəzi”ndə Yeni il +FOTOLAR

18:12 6 Yanvar 2015

“AAAF Park Yaşayış Kompleksi”nin bütün əyləncə mərkəzlərində olduğu kimi “Limuland Uşaq Əyləncə Mərkəzi”ndə də keçirilən  “Yeni il şənliyi” azyaşlı müştərilər tərəfindən çox sevildi.

Yeni ilin personajlarından “Şaxta baba” və “Qar qız” buraya gələn sakin və qonaqlarımızın xeyli əylənməsinə səbəb olur. Azyaşlı uşaqlar bəzədilmiş “Küknar ağacı”nın qarşısında “Şaxta baba” və  “Qar qız”la yaddaqalan xatirə şəkilləri çəkdirirlər.

Sportarena.az xəbər verir ki,Uşaqlar üçün maraqlı istirahət yeri olan bu mərkəzdə oyun aparatları janr müxtəlifliyi və müasirliyi ilə seçilir. 1 oyun aparatından istifadə qiyməti cəmi 50 qəpikdir. “AAAF Park Yaşayış Kompleksi”nin sakinləri üçün isə 50% endirim var.

Artıq burada ödəniş kart sistemi ilə təşkil olunub. “Limuland Uşaq Əyləncə Mərkəzi”nin uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş böyük restoranında, xüsusi tədbirlər və şou proqramlar keçirmək üçün təşkil olunmuş səhnəsində maraqlı mərasimlər həyata keçirilir. Belə ki, azyaşlılar səhnəyə cıxaraq klounla rəqs edir, əylənirlər.

Rəngarəngliyi ilə göz oxşayan bu məkan uşaqların sevincinə sevinc qatır.

Buyurun gəlin, AAAF Parkın gözəl məkanlarında şənlənin!

 


Digər xəbərlər

Xəbər xətti