Dünyanın ən yaxşı hakimləri kimlərdir ? -SİYAHI

14:42 6 Yanvar 2015

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2014-cü ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.

Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, qurumun 55 ölkədə olan nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ötən ilin ən yaxşısı Nikola Ritsoli seçilib. İtaliyalı hakim 131 xal toplayıb.

Ritsolli DÇ-2014-ün finalını - Almaniya - Argentina matçını idarə edib.

İngiltərəli Hovard Uebb (78 xal) ikinci, almaniyalı Feliks Brix (61 xal) isə üçüncü olub.

İlk onluqda türkiyəli FİFA referisi Cüneyt Çakır da yer alıb.

2014-ci ilin ən yaxşı on hakimi aşağıda adları qeyd olunanlardır:

1. Nikola Ritsoli (İtaliya, 131 xal)
2. Hovard Uebb (İngiltərə,78 xal)
3. Feliks Brix (Almaniya, 61 xal)
4. Byorn Kuypers (Hollandiya, 45 xal)
5. Rövşən İrmatov (Özbəkistan, 37 xal)
6. Pedro Proensa (Portuqaliya, 34 xal)
7. Velasko Karvalyo (İspaniya, 16 xal)
8. Cüneyt Çakır (Türkiyə, 13 xal)
9. Marko Antonio Rodriqes (Meksika, 13 xal)
10. Nestor Fabioan Pitana (Argentina, 7 xal)


Digər xəbərlər

Xəbər xətti