“Qarabağ” Azərbaycan Premyer Liqasında sona 7 tur qalmış çempion ola bilər.
Sportarena.az xəbər verir ki, bunun üçün Ağdam klubu növbəti 5 turda qələbə qazanmalıdır. Ağdam təmsilçisinin qarşıdakı 5 turda keçirəcəyi oyunlar:
“Neftçi”- “Qarabağ”
“Qarabağ” – “Zirə”
“Turan-Tovuz” – “Qarabağ”
“Kəpəz” – “Qarabağ”
“Qarabağ” – “Səbail”
Qeyd edək ki, Qurban Qurbanovun komandası indiyədək 10 dəfə ölkə çempionu kubokunu qazanıb.