"Daha çox vaxt lazım olacaq" - Miodraq Bojoviç

18:35 21 Yanvar 2024

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 19-cu turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sportarena.az xəbər verir ki, monteneqrolu mütəxəssis qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

"İlk növbədə Azərbaycan xalqına 34 ildən əvvəl baş verən hadisələrə görə başsağlığı verirəm. Oyuna gəlincə, məncə, biz pis oynamadıq. Oyuna yaxşı başladıq, ilk yarıda qol vurmaq üçün imkanlarımız var idi. “Sabah”da da qol epizodları yara bilmişdi. İkinci yarı da dinamik və maraqlı keçdi. Hər iki komandanın qol imkanı var idi. Məncə, bərabərlik ən ədalətli nəticə oldu.

Biz iki yeni oyunçu ilə müqavilə imzalamışıq. Onlar bizimlədir. Heyətdə 2 zədəlimiz var. İndiki heyətdə olan oyunçular yetərli olacaq.

Fiziki hazırlıq elə də asan həll olunan məsələ deyil. Daha çox vaxt lazım olacaq. Amma komanda ən azından mübariz şəkildə irəliləsə, əvvəlkindən daha yaxşı olacaq. Bu gün meydanda biganə qalan hansısa oyunçunu görmədim. Nəticə onlar üçün önəmli idi”. 


Digər xəbərlər

Xəbər xətti