İtaliya çempionatı: "Roma" "Milan"a uduzdu

10:51 15 Yanvar 2024

İtaliya A Seriyasının 20-ci turunun "Milan" - "Roma" oyunu başa çatıb. 

Sportarena.az xəbər verir ki, "San Siro" stadionunda keçirilən görüşdə meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib. 

"Milan" - "Roma" - 3:1
Qollar: 
Adli, 11 (1:0), Jiru, 56 (2:0), Parades, 69 (2:1), Hernandes, 84 (3:1)

“Milan” 20 oyunda 42 xal toplayaraq turnir cədvəlində 3-cü yerdədir. “Roma” 29 xalla 9-cudur. Siyahıya 51 xalla "İnter" başçılıq edir. 


Digər xəbərlər

Xəbər xətti