“Beşiktaş”ın yeni baş məşqçisi açıqlandı

20:13 7 Yanvar 2024

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi açıqlanıb.

Sportarena.az xəbər verir ki, “qara qartallar” portuqaliyalı məşhur məşqçi Fernando Santosla anlaşıb. Bu barədə İstanbul təmsilçisi rəsmi məlumat yaysa da, müqavilənin detalları barədə xəbər verilməyib.

Qeyd edək ki, 69 yaşlı mütəxəssisin son iş yeri Polşa millisi olub. 


Digər xəbərlər

Xəbər xətti