UEFA “Qəbələ”yə ödəniş edib.
Sportarena.az xəbər verir ki, bu, klubun U-19 komandasının UEFA Gənclər Liqasında iştirakı ilə əlaqədar olub. Qitə futbol qurumu cari mövsümün ödəniş siyasətinə uyğun olaraq, “Qəbələ”yə 30 min avro vəsait ödəyib.
Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.