Kosovanın Priştina şəhərində cüdo üzrə Açıq Avropa çempionatı davam edir.
Sportarena.az xəbər verir ki, kişilər arasında 73 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov yarışda bürünc medal əldə edib.
Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub.