Azərbaycan millisi FİFA reytinqində irəlilədi

16:03 16 Dekabr 2023

FİFA-nın qadın milli komandalarının dekabr ayı üçün yenilənmiş reytinq cədvəli açıqlanıb.

Sportarena.az xəbər verir ki, Azərbaycan yığması iki pillə irəliləyərək 1305,48 xalla 76-cı yerdə qərarlaşıb. Ötən müddət ərzində millimiz Millətlər Liqasının C divizionunda qrup qalibi olaraq B divizionuna yüksəlib.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektivin ən yaxın izləyicisi Tunisdir (1302,52). Peru isə millimizdən bir pillə öndədir (1312,48).

FİFA reytinqinə İspaniya (2066,05) başçılıq edir. ABŞ (2045,12), Fransa (2021,69), İngiltərə (2014,19), İsveç (1998,09), Almaniya (1987,25), Niderland (1986,84), Yaponiya (1978,01), Şimali Koreya(1950,87) Kanada (1948,58) isə növbəti pillələri bölüşür. 


Digər xəbərlər

Xəbər xətti