Türkiyə Super Liqası nə vaxt bərpa olacaq?

15:47 13 Dekabr 2023

Türkiyə Super Liqasının bərpa olunma tarixi bəlli olub.

Sportarena.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti bununla bağlı qərar qəbul edib. TFF prezidenti Mehmet Büyükekşi Super Liqa da daxil olmaqla bütün liqaların dekabrın 19-da bərpa ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Super Liqanın XV turunda keçirilən “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra birincilərin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. Bu səbəbdən federasiya bütün liqaların təxirə salındığını açıqlamışdı. 


Digər xəbərlər

Xəbər xətti