Kevin Medina əməliyyat olundu - FOTO

10:26 13 Dekabr 2023

“Qarabağ”ın futbolçusu Kevin Medina əməliyyat olunub.

Sportarena.az xəbər verir ki, kolumbiyalı müdafiəçi bu barədə İnstaqram səhifəsində paylaşım edib. O, bu gün Finlandiyada əməliyyat edilib. 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Molde”yə qarşı səfər matçında (2:2) zədələnən Kevin Medinaya sağ bud tendom vətərinin qopması diaqnozu qoyulmuşdu. Onun təqribən 3 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.  



Digər xəbərlər

Xəbər xətti