Dünya çempionatı: Azərbaycan millisi 1/4 finala yüksəldi

19:40 1 Noyabr 2023

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start verilir.

Sportarena.az xəbər verir ki, qrup mərhələsini lider tamamlayan Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv H qrupunu 2-ci pillədə başa vuran Portuqaliya seçməsi ilə üz-üzə gəlib. 

Millimiz bu görüşdə qalib gələrək 1/4 final mərhələsinə adlayıb. Bu mərhələdəki rəqibimiz Bolqarıstan - İngiltərə görüşündən sonra bəlli olacaq.

Minifutbol üzrə dünya çempionatı, 1/8 final mərhələsi

Azərbaycan - Portuqaliya 3:0 
Qollar: 
Mirmehdi Rzayev 30, Elvin Əlizadə 45, Rəvan Kərimov 50 


Digər xəbərlər

Xəbər xətti