Poqba diskvalifikasiya edilə bilər - 4 illik

18:53 6 Oktyabr 2023

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba təkrar dopinq testdən keçib.

Sportarena.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb. Xəbərə görə, ilk testdən uğursuz çıxan futbolçudan növbəti dəfə analiz götürülüb. Cavab dəyişməzsə, Poqba 4 il müddətinə diskvalifikasiya edilə bilər. 

Qeyd edək ki, "Yuventus" Poqba ilə bağlı qərarını testin cavabından sonra verəcək.  


Digər xəbərlər

Xəbər xətti