Cüdoçumuz dünya çempionu oldu

00:23 6 Oktyabr 2023

Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə gənclər arasında keçirilən dünya çempionatı davam edir.

Sportarena.az xəbər verir ki,  Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə mundialın qızıl medalını qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda ABŞ təmsilçisi Cek Yonezukaya qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kq) gümüş medal əldə edib. 


Digər xəbərlər

Xəbər xətti