Azərbaycan - Avstriya oyununa biletlər satışa çıxarılır

19:11 5 Oktyabr 2023

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Avstriya görüşünün biletləri sabahdan satışa çıxarılacaq.

Sportarena.az xəbər verir ki, biletlərin satış qiymətləri və ünvanlar artıq bəlli olub.

Qiymətlər kateqoriyalar üzrə bölünüb. Belə ki, 1-ci kateqoriya 15 manat, 2-ci kateqoriya 10 manat, 3-cü kateqoriya 5 manat təşkil edir. Bundan başqa VİP E,F,G,H 50 manat, VİP A, B 50 manat, VİP 31-36 50 manat, VİP C2, D2 30 manat, VVİP C, D isə 200 manatdı.

Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən əldə edə biləcəklər.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti