"Bavariya" rekorda imza atdı

16:06 4 Oktyabr 2023

"Bavariya" Çempionlar Liqası qrup mərhələsinin ikinci turunda səfərdə "Kopenhagen"i 2:1 hesabı ilə məğlub edib.

Sportarena.az xəbər verir ki, Almaniya nəhəngi bu nəticədən sonra turnirdə yeni rekorda imza atıb. Münhen təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 18 oyundur ki, məğlub olmur.

"Bavariya" sonuncu dəfə 2017-ci ildə səfərdə PSJ-yə 0:3 hesabı ilə məğlub olub. 


Xəbər xətti