İspaniya çempionatı: "Atletiko" səfərdə qələbə qazandı

11:20 29 Sentyabr 2023

İspaniya La Liqasında 7-ci tura yekun vurulub.

Sportarena.az xəbər verir ki, son gündə 3 görüş baş tutub. 

“Selta” - “Alaves” və “Qranada” - “Betis” matçları heç-heçə ilə başa çatıb. “Atletiko” səfərdə “Osasuna”ya qalib gəlib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 19 xalla “Jirona” (7 oyun) liderlik edir. “Atletiko” 13 xalla (6 oyun) 5-ci, “Betis” 9 xalla (7 oyun) 10-cu, "Xetafe" 8 xalla (7 oyun) 11-ci, "Sevilya" 7 xalla (6 oyun) 12-ci, "Osasuna" 7 xalla (7 oyun) 14-cü, "Alaves" eyni xalla (7 oyun) 15-ci, "Selta" 5 xalla (7 oyun) 17-ci, "Qranada" isə 4 xalla (7 oyun) 19-cudur. 

İspaniya, La Liqa, 7-ci tur

28 sentyabr

"Selta" – "Alaves" - 1:1

Qollar: Marin, 35-avtoqol – Samu, 73.

Qırmızı vərəqə: La Torre, 68 ("Selta")

"Qranada" – "Betis" - 1:1

Qollar: Boye, 67 – Diao, 51.

"Osasuna" – "Atletiko" (Madrid) - 0:2

Qollar: Qrizman, 20, Rikelme, 81

Qırmızı vərəqə: Avila, 85 ("Osasuna"), Morata, 84 ("Atletiko")


Digər xəbərlər

Xəbər xətti