“Qarabağ”ın müdafiəçisi “Haken”lə oyunu buraxacaq

14:18 28 Sentyabr 2023

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.

Sportarena.az xəbər verir ki, millimizin üzvü hələ bir müddət komandadan uzaq qalacaq. Premyer Liqanın VI turunda “Sabah”la görüşdə zədələnən 26 yaşlı oyunçu oktyabrın ilk yarısında kollektivə kömək edə bilməyəcək. Bu isə o deməkdi ki, Mustafazadə çempionatın IX turunda “Neftçi” ilə keçiriləcək prinsipial matçı, eləcə də Avropa Liqasının qrup mərhələsinin II turunda “Haken”lə səfər qarşılaşmasını buraxacaq.

Qeyd edək ki, “Qarabağ” oktyabrın 5-də “Haken”lə, 8-də isə “Neftçi” ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti