Qattuzonun yeni iş yeri bəlli oldu

12:03 27 Sentyabr 2023

“Marsel”in yeni baş məşqçisi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, Fransa klubunu Cennaro Qattuzo çalışdıracaq. Bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib. O bildirib ki, 45 yaşlı mütəxəssis yaxın müddətdə klubla münasibətləri rəsmiləşdirəcək. Qattuzo bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Marselinyonu əvəzləyəcək.

Qeyd edək ki, Cennaro Qattuzonun sonuncu iş yeri “Valensiya” olub. 


Digər xəbərlər

Xəbər xətti