Cüdoçularımız Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Sportarena.az xəbər verir ki, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 8-ci, kişilər arasında isə 4-cü yeri tutub.
Yarışın ikinci günündə kişilər arasında -100 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ruslan Nəsirli üçüncü yer uğrunda görüşdə xorvatiyalı İvan Rozqa üzərində qələbə qazanaraq bürünc medala sahib olub.
Qeyd edək ki, yarışın ilk günündə isə -66 kq. çəki dərəcəsində İslam Rəhimov gümüş medal, -73 kq. çəkidə Nəriman Mirzəyev isə qızıl medal qazanıb.