“Ona iradımı bildirdim” - Ayxan Abbasov

19:44 17 Sentyabr 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 6-cı turunda doğma meydanda "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib.

Sportarena.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun belə gərgin keçəcəyini bilirdik. Çünki, hər iki komandaya xal lazım idi. Heç kim uduzmaq istəmirdi. Böyük üstünlük əldə etdik. Təəssüf ki, bir neçə dəqiqəlik futbolçularımızda konsentrasiya aşağı düşdü. Bu gün çoxlu qol epizodlarımız oldu. Oyunun qəhrəmanı rəqibin qapıçısı idi. Məni sevindirən odur ki, futbolçular istədiklərimizi edə bilir, epizodlar yaradırlar. Bunu davam etdirmək lazımdır. Çempionatda hər xal önəmlidir. Yolumuza davam edəcəyik.

- Son dəqiqələrdə qapıçınız sanki vaxt aparırdı. Bu, nə ilə bağlı idi?

- Qapıçılarda o hissəyyat var. Müdafiəçilərin yorğunluğu görünürdü. Bu, o demək deyil ki, biz vaxt uzadırıq. Ani an idi, bir dəfə oldu.

- Bu cür oyunda xal itkisinin səbəbi nədir?

- Əlbəttə 0:2-dən sonra rəqib hesabı bərabərləşdirirsə, deməli səhvlərimiz var. Oyunu sakitləşdirmək lazım idi. Rəqib də hücum xəttində iki dəyişiklik etdi. Müdafiəçilərimizin yorğunluğundan istifadə etdilər.

- Belajdi Pusi qol vurandan sonra aqressiv görünürdü. Bu, nə ilə bağlı idi?

- Bəli, mən də ona iradımı bildirdim. Elə anlarda daha sakit olmaq lazımdır. İkinci sarı vərəqəni ala bilərdi. Araşdırsaq, xırda səhvlər sonda nəticəyə təsir edir. 


Digər xəbərlər

Xəbər xətti