Buffonun yeni işi müəyyənləşdi

12:00 6 Sentyabr 2023

İtaliya millisinin sabiq qapıçısı Canluci Buffonun yeni iş yeri bəlli olub. 

Sportarena.az xəbər verir ki, son olaraq "Parma"nın qapısını qoruyan və aktiv futbolçu karyerasını yekunlaşdıran Buffon İtaliya millisində işləyəcək. 

O, baş məşqçi Luçano Spalettinin köməkçisi təyin edilib. 45 yaşlı veteran qolkiper Buffon millidə qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.  


Digər xəbərlər

Xəbər xətti