Messi MLS-də debüt oyununda fərqləndi

09:44 27 Avqust 2023

Bu yay ABŞ-ın “İnter Mayami” klubuna keçən Lionel Messi MLS-də debüt edib.

Sportarena.az xəbər verir ki, argentinalı ulduz XXVI turda "Nyu-York Red Bulls"a qarşı görüşdə meyda çıxıb. Messi 60-cı dəqiqədə oyuna daxil olub və 89-cu dəqiqədə komandasının ikinci qolunu vurub. Qarşılaşma "İnter Mayami"nin 2:0 hesablı qələbəsi ilə başa vurub. 

Qeyd edək ki, Argentina millisinin üzvü "İnter Mayami"də 8 oyun keçirib, 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Avqustun 20-də ulduz forvard ilk Amerika kubokunu qazanıb.  


Digər xəbərlər

Xəbər xətti