Qabriel Veyqa "Əl-Əhli" ilə anlaşdı

18:10 26 Avqust 2023

Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanının yolunu tutub.

Sportarena.az xəbər verir ki, "Selta"nın yarımmüdafiəçisi Qabriel Veyqa "Əl Əhli"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər 21 yaşlı orta xətt oyunçusu üçün İspaniya klubuna 40 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Qabriel Veyqa "Selta"nın yetirməsidir. İspaniya millisinin üzvü Viqo təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 56 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti