Stadionda izdiham: 13 nəfər həyatını itirdi

15:45 26 Avqust 2023

Madaqaskarda Hind Okeanı Adaları Oyunlarının açılış mərasiminin keçirildiyi stadionda izdiham nəticəsində 7-si uşaq olmaqla, 13 nəfər həyatını itirib. 

Sportarena.az xəbər verir ki, izdiham "Barea stadionu"nun girişində baş verib. 100-dən çox insan yaralanıb. Bu barədə yerli mətbuat məlumat yayıb. 

Qeyd edək ki, Madaqaskar milli stadionuna 50 min nəfər turniri izləməyə gəlib. 


Digər xəbərlər

Xəbər xətti