Koutinyo Qətər klubu ilə anlaşdı

14:58 26 Avqust 2023

İngiltərənin “Aston Villa” klubunun futbolçusu Filippe Koutinyo karyerasını Qətərdə davam etdirə bilər.

Sportarena.az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Əd-Duhail” onun xidmətində maraqlıdır. Klub braziliyalı vingerlə müqaviləni razılaşdırıb.

Hələlik “Aston Villa” ilə razılıq əldə edilməyib. “Əd-Duhail” Birmingem təmsilçisi ilə danışıqları davam etdirir.

Qeyd edək ki, keçən ilin yayından “Aston Villa”da çıxış edən Koutinyonun Premyer Liqa klubu ilə hələ üçillik müqaviləsi var. 


Digər xəbərlər

Xəbər xətti