Ramil Şeydayev “Buriram Yunayted”də ilk qolunu vurdu - VİDEO

18:00 20 Avqust 2023

Tailand çempionatında II turun oyunları davam edir.

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası “Buriram Yunayted” növbəti görüşünü keçirib.

Adıçəkilən komanda öz meydanında “Lampun Uorrior”la qarşılaşıb. “Buriram Yunayted”in 3:0 hesablı qələbəsinə Şeydayev də bir qolla töhfə verib. 79 dəqiqə meydanda qalan 27 yaşlı forvard 6-cı dəqiqədə başla hesabı açıb. Bu, onun yeni komandasında ilk rəsmi qolu olub.

Qeyd edək ki, “Buriram Yunayted” iki turdan sonra 4 xalla 3-cü pillədə qərarlaşıb. 

 


Digər xəbərlər

Xəbər xətti