Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə finala yüksəlib.
Sportarena.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Fransa təmsilçisi Teo Raoul Hebrarda qalib gəlib.
Yusifov qızıl medal uğrunda görüşdə Dilşot Xalmatov (Ukrayna) - Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulanlardan Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazanmaq şanslarını itiriblər.