"Araz-Naxçıvan" iştirak ərizəsini UEFA-ya təqdim etdi

12:44 18 Avqust 2023

Gələn həftə futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Azərbaycan Futzal Federasiyasından Sportarena.az-a verilən məlumata görə, baş məşqçi Vitali Borisov ikisi qapıçı olmaqla 14 oyunçunu səfərə aparacaq.

Qapıçılar: 1. Emin Kürdov, 12. Luka Pavloviç

Oyunçular: 3. Tofiq Mikayılov, 6. Ninoslav Aleksiç, 7. Lukas Freitas, 8. Felipinyo, 9. Lazer Milosavljeviç, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 15. Erik Lopes, 20. Amadeu, 21. Katatau

23 avqust

15:00. “Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə)

Salaspils. Salaspils İdman Arenası.

24 avqust

15:00. “Yan Regensburq” (Almaniya) – “Araz-Naxçıvan”

Salaspils. Salaspils İdman Arenası.

26 avqust

18:00. Riqa (Latviya) - “Araz-Naxçıvan”

Salaspils. Salaspils İdman Arenası.

Qeyd edək ki, oyunlar Latviyada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti