UEFA ilin ən yaxşı futbolçusu adına namizədləri açıqladı

01:01 18 Avqust 2023

UEFA 2022/2023 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Sportarena.az xəbər verir ki, ilin ən yaxşı oyunçusu adına üç namizəd var. Bunlar PSJ-dən ayrılıb "İnter Mayami"yə keçən Lionel Messi və "Mançester Siti"nin futbolçuları Kevin de Brüyne ilə Erlinq Haalanddır.

İlin ən yaxşı futbolçusunun adı 31 avqust tarixində Monakoda keçiriləcək Çempionlar Liqası qrup mərhələsinin püşkatma tədbiri zamanı açıqlanacaq. 


Digər xəbərlər

Xəbər xətti