Lionel Messi ABŞ klubunun ən yaxşı üçüncü bombardiri olub

10:25 16 Avqust 2023

Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-ın "İnter Mayami" klubunun bombardirləri siyahısında üçüncü pilləyə yüksəlib.

Sportarena.az xəbər verir ki, 36 yaşlı hücumçu buna "Filadelfiya Yunion"a 4:1 hesabı ilə qalib gəldikləri Liqa Kubokunun yarımfinal matçında fərqlənməklə nail olub.

Təcrübəli forvard 20-ci dəqiqədə ikinci qolu rəqibin qapısından keçirib. Messi "İnter Mayami"də meydana çıxdığı 6 qarşılaşmada 9 qola imza atıb. O, komanda yoldaşı Robert Teyloru geridə qoyub.

MLS təmsilçisinin bombardiri isə 29 qolla Argentina yığmasının sabiq üzvü Qonsalo İquaindir. İkinci sırada "İnter Mayami"nin digər oyunçusu Leonardo Kampana (16 qol) qərarlaşıb.

Qeyd edək ki, Lionel Messinin klubu ilə müqaviləsi 2025-ci ilə qədər qüvvədədir. 


Digər xəbərlər

Xəbər xətti