Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan şahmatçıları Paraqvayı məğlub etdi

14:21 14 Avqust 2023

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına start verilib.

Sportarena.az xəbər verir ki, ilk turda Azərbaycan komandası Paraqvay şahmatçılarını 4-0 hesabı ilə məğlub edib.  

Qeyd edək ki, Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edir. Komandanın kapitanı Fərid Abbasovdur.

Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır. 

 


Digər xəbərlər

Xəbər xətti