Ronaldo dubl etdi, “Əl-Nəsr” çempion oldu - VİDEO

22:27 12 Avqust 2023

Ərəb Çempionlar Kubokunun final oyununda "Əl-Hilal" ilə "Əl-Nəsr" qarşılaşıb.

Sportarena.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilib.

Matç "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Kriştiano Ronaldo sözügedən görüşdə dubl edərək komandasına kuboku qazandırıb.   

 


Digər xəbərlər

Xəbər xətti