Premyer Liqamızda ikinci tur: “Qəbələ” “Araz Naxçıvan”a, “Kəpəz” “Zirə”yə məğlub oldu - YENİLƏNİB

23:18 12 Avqust 2023

Bu gün Misli Premyer Liqasında II tura start verilib.

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış oyununda “Araz-Naxçıvan” “Qəbələ”ni sınağa çəkib. Hər iki komanda ilk turda darmadağınla üzləşdiyindən, ilk qələbəsini qazanmağa çalışacaq.

Günün digər qarşılaşması Zirədə baş tutub. Burada eyniadlı komanda “Kəpəz”i qəbul edib.

Misli Premyer Liqası
II tur
12 avqust

18:30. “Araz-Naxçıvan” – “Qəbələ” 2:0
Baş hakim: Fərid Hacıyev
“Dalğa Arena”

21:00. “Zirə” – “Kəpəz” 1:0
Baş hakim: Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun “Qarabağ” – “Turan Tovuz” və “Sumqayıt” – “Sabah” matçı avqustun 13-də, “Neftçi” – “Səbail” görüşü isə avqustun 14-də keçiriləcək. 


Xəbər xətti