"Qarabağ" - HİK matçı: 18 min bilet satılıb

17:17 10 Avqust 2023

“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə keçirəcəyi oyunun bilet satışı davam edir.

Sportarena.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya artıq 18 min bilet satılıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyənlər isə 200 manatlarından keçməlidilər.

Satış məntəqələri “iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK Fan-Şopu və matçın oynanılacağı stadionunun kassalarıdı.

Qeyd edək ki, bu gün keçiriləcək görüş saat 20:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti