"Neftçi" və "Beşiktaş" rəhbərləri arasında görüş keçirildi

16:59 10 Avqust 2023

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün baş tutacaq “Neftçi” – “Beşiktaş” oyunu ərəfəsində keçirilən rəsmi yeməkdə hər iki klubun rəhbəri bir araya gəlib.

Sportarena.az xəbər verir ki, görüşdə iki klub arasında gələcəkdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Sonda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim edib. 


Digər xəbərlər

Xəbər xətti