“Zirə” müdafiəçisi ilə yollarını ayırdı

16:25 10 Avqust 2023

“Zirə”də daha bir ayrılıq baş verib.

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Slavik Alxasovu yola salıb. 30 yaşlı müdafiəçi ilə gələn ilin yayına qədər olan müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.

Qeyd edək ki, Slavik Alxasov “Zirə”yə ötən ilin yayında “Sabah”dan keçmişdi.


Xəbər xətti