"Sabah" "Qəbələ"ni darmadağın etdi, "Neftçi" "Kəpəz"ə uduzdu YENİLƏNİB

21:58 6 Avqust 2023

Bu gün Misli Premyer Liqasında daha iki oyun keçirilib.

Sportarena.az xəbər verir ki, bu qarşılaşmalardan sonra I tura yekun vurulub. Günün ilk görüşü Gəncədə baş tutub. Burada yerli “Kəpəz” əzəli rəqiblərindən olan “Neftçi” ilə üz-üzə gəlib.

Günün digər duelində Konfrans Liqasında mərhələ adlayan “Sabah” elə bu turnirdə biabırçılıqla üzləşən “Qəbələ”ni qəbul edib .

Misli Premyer Liqası
I tur
6 avqust

17:00. “Kəpəz” – “Neftçi 1:0
Gəncə şəhər stadionu. Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı

20:00. “Sabah” – “Qəbələ” 5:0
“Bank Respublika Arena”. Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” “Səbail”i 4:1, “Zirə” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. 


Xəbər xətti