"Neftçi" və "Sabah"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:20 5 Avqust 2023

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Neftçi" və "Sabah"ın pley-offa yüksələcəyi təqdirdə qarşılaşacağı potensial rəqiblər müəyyənləşib.

Sportarena.az xəbər verir ki, təmsilçilərimizdən biri səpələnmişlər, digəri isə səpələnməmişlər səbətində yer alacaq.

"Sabah"ın rəqibi "Partizan"ın reytinqi yüksək olduğu üçün bu cütlük səpələnmişlər arasında qərarlaşıb. "Neftçi" - "Beşiktaş" duelinin qalibi isə pley-off mərhələsində yüksək reytinqli komandalarla qarşılaşacaq.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

Səpələnmişlər:

“Ayntraxt” (Almaniya)

“Lill” (Fransa)

“Aston Villa” (İngiltərə)

“Fiorentina” (İtaliya)

“Brügge” (Belçika) – “Akureyri” (İslandiya) cütü

“Alkmaar” (Niderland) - “Santa Koloma” (Andorra) cütü

“Gent” (Belçika) – “Poqon” (Polşa) cütü

“Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütü

“Fənərbağça” (Türkiyə) – “Maribor” (Sloveniya) cütü

“Midtyullan” (Danimarka) - “Omoniya” (Kipr) cütü

“Partizan” (Serbiya) - “Sabah” (Azərbaycan) cütü

PAOK (Yunanıstan) – “Hayduk” (Xorvatiya) cütü

“Makkabi” (Təl-Əviv, İsrail) - AEK (Kipr) cütü

“Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütü

“Bodo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü

Avropa Liqasında “Slaviya” (Çexiya) – “Dnepr-1” (Ukrayna) cütünün məğlubu

Avropa Liqasında “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün məğlubu

Səpələnməmişlər:

“Osasuna” (İspaniya)

“Lex” (Polşa) – “Spartak” (Slovakiya) cütü

“Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü

“Hapoel” (Beer Şeva, İsrail) – “Levski” (Bolqarıstan) cütü

APOEL (Kipr) - “Dila” Gürcüstan) cütü

“Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan) cütü

“Tvente” (Niderland) – “Riqa” (Latviya) cütü

“Riyeka” (Xorvatiya) - “Torshavn” (Farer adaları) cütü

“Aruka” (Portuqaliya) – “Brann” (Norveç) cütü

“Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü

“Legiya” (Polşa) – “Austriya” (Avstriya) cütü

“Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü

“Osiyek” (Xorvatiya) - “Adana Dəmirspor” (Türkiyə) cütü

“Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə) cütü

“Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya) cütü

“Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan) cütü

“Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütü 


Digər xəbərlər

Xəbər xətti