"Beşiktaş" "Neftçi" ilə oyunlar üçün iştirak ərizəsini açıqladı

13:09 5 Avqust 2023

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" sifariş ərizəsini UEFA-ya təqdim edib.

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş siyahıya 30 futbolçunun adını daxil edib:

A siyahısı: Mert Günok, Ersin Destanoğlu, Utku Yuvakuran, Daniel Amartey, Onur Bulut, Omar Kolli, Artur Masuaku, Umut Meraş, Francisko Montero, Valentin Rosier, Oğuzhan Akgün, Emrecan Bulut, Qedson Fernandes, Raçid Qezzal, Amir Hadziahmetovic, Kerem Atakan Kesgin, Jan Onana, Salih Uçan, Necip Uysal, Kartal Kayra Yılmaz, Vensan Abubakar, Semih Kılıçsoy, Cekson Muleka, Ante Rebiç, Cenk Tosun.

B siyahısı: Göktuğ Baytekin, Emir Yaşar, Aytuğ Batur Kömeç, Emirhan Delibaş, Demir Ege Tıknaz, Berkay Vardar, Cemal Azad Demir, Mustafa Erhan Hekimoğlu

Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab görüşü isə bir həftə sonra İstanbulda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti