"Qəbələ"nin “Omoniya” ilə keçirəcəyi cavab oyununun biletləri satışda

11:21 29 İyul 2023

“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsində “Omoniya” ilə keçirəcəyi cavab oyununun biletləri satışa çıxarılıb.

Sportarena.az xəbər verir ki, bu barədə Kipr klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Nikosiyadakı GSP stadionunda baş tutacaq qarşılaşmanı izləmək istəyən azarkeşlər bu gündən biletləri əldə edə bilərlər. Avqustun 3-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komanalar arasında dünən Qəbələdə təşkil edilən ilk görüşdə qonaqlar 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, GSP stadionu 22 min 859 tamaşaçı tutumuna malikdi. 


Digər xəbərlər

Xəbər xətti