“Qalatasaray” İkardinin transferini açıqladı

01:00 29 İyul 2023

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-dən Mauro İkardini rənglərinə bağlayıb. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

Argentinalı hücumçu bu gecə İstanbulə gedərək tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Mauro İkardi son mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. Təcrüəbli hücumçu "cim bom"un heyətində meydana çıxdığı 26 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti