"Zirə" Türkiyə klubu ilə qolsuz heç-heçə etdi

19:26 28 İyul 2023

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün son yoxlama matçını keçirib. 

Sportarena.az xəbər verir ki, qəsəbə təmsilçisi "Kocaelispor"la üz-üzə gəlib. Türkiyə birinci liqasında mübarizə aparan klubla matç Bakı vaxtı ilə saat 17:00-da başlayıb və qolsuz bərabərliklə yekunlaşıb. 

"Zirə" Türkiyə toplanışı çərçivəsində "Fatih Karagümrük" (0:0) və "Simba" (1:1) qarşılaşıb.  


Xəbər xətti