“Neftçi” Azərbaycana reytinq xalı qazandırdı

10:32 28 İyul 2023

"Neftçi" Avropa  Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə "Jelezniçar"la 2:2 hesablı heç-heçə edib.

Sportarena.az xəbər verir ki, Bosniya və Herseqovinada qeydə alınan nəticə Azərbaycanın UEFA reytinqindəki xalını artırıb. Bakılıların heç-heçəsi ölkəmizin aktivinə 0,125 xal yazdırıb. Azərbaycan hazırda 15,125 xalla 29-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 28-ci yerdə qərarlaşanm Slovakiyanın 16,125 xalı var. Moldova isə 12,125 xalla 30-cu pillədədir. 


Digər xəbərlər

Xəbər xətti