Kiyev "Dinamo"sunun sabiq üzvü "Araz-Naxçıvan"da

09:46 28 İyul 2023

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Mohammed Kadiri ilə 1 illik müqavilə imzalayıb.

Bir neçə gündür komandanın düşərgəsində olan qanalı dayaq yarımmüdafiəçisi karyerasına “Aşanti Qold” klubunda başlayıb. Daha sonra vətənindən Avstriyanın eyniadlı komandasına transfer olunan 27 yaşlı futbolçu Rusiyanın “Arsenal Tula” komandasında da çıxış edib.

Onu daha çox məşhurlaşdıran isə Kiyev “Dinamo”sundakı oyunları olub. O, Ukraynada “Çernomorets”in heyətində də yer alıb. Yarımmüdafiəçi Macarıstanın “Honved” klubunun da formasını geyinib. 


Xəbər xətti