“Sumqayıt” Türkiyə toplanışını başa vurdu

22:43 27 İyul 2023

“Sumqayıt” klubu Türkiyə toplanışını başa vurub.

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu gün gecə saatlarında Vətənə dönəcək.

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 16-da Erzuruma yollanan “gənclik şəhəri” təmsilçisi orada yerli komandalarla iki yoxlama görüşü keçirib. Samir Abasovun yetirmələri “Sivasspor”a 0:1, “Erzurumspor”a isə 3:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ilk turunda avqustun 5-də “Səbail”lə üz-üzə gələcək. 


Digər xəbərlər

Xəbər xətti